SON DƏQİQƏ
» » Özünü avtomobilin altına atan qadının şəxsiyyəti müəyyən edilib

Özünü avtomobilin altına atan qadının şəxsiyyəti müəyyən edilib

Tarix:

24-03-2021, 17:39

/ 3 438 dəfə oxundu.
Özünü avtomobilin altına atan qadının şəxsiyyəti müəyyən edilib

Avtomobil yoluna çıxaraq qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən edilib. 

Bu barədə GünAz.az-a DİN mətbuat xidmətindən məlumat verilib. 

 

Məlumata görə, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun "Gənclər şəhərciyi” adlanan ərazisində yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb. Görüntülərdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. 

O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir. 

Hazırda Abşeron RPİ Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

скачать dle 12.1

Şərhlər