SON DƏQİQƏ
» » Azərbaycan böyük koridor yaradır - Yeni imkan və fürsətlər...

Azərbaycan böyük koridor yaradır - Yeni imkan və fürsətlər...

Tarix:

22-03-2021, 16:19

/ 6 632 dəfə oxundu.
Azərbaycan böyük koridor yaradır - Yeni imkan və fürsətlər...

Bildiyimiz kimi bu il Bakı-Tiflis-Qars dəmiryolu xətti Naxçıvan dəmiryolu xəttinə birləşdiriləcək.

Bəs bu addım ölkəmizə və bölgəyə hansı üstünlükləri verəcək?

 

GünAz.az-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, həmin koridorun açılmasında regional ölkələr, o cümlədən Rusiya da maraqlıdır:

"Rusiya Ermənistanla birbaşa dəmiryolu əlaqəsini Azərbaycan üzərindən həyata keçirmək istəyir. Ermənistan baş nazirinin də buna tərəfdar olması onu deməyə əsas verir ki, yaxın zamanlarda bu məsələlərlə bağlı qərarlar alınacaq”.

Ekspert qeyd etdi ki, ümumi bir xəttin yaradılması gələcəkdə Türkiyə məhsullarının Naxçıvan üzərindən Azərbaycana, Gürcüstanla müqayisədə, daha qısa yola çatdırmağa imkan verəcək:

"Bu addım tarif siyasətini daha yumşaq etməyə imkan verəcək, həm də keçidin sürətini artıracaq. Habelə, Azərbaycan üzərindən Türkiyə məhsullarının Orta Asiyaya nəql olunması da asanlaşacaq”.

Həmsöhbətimizin bildirdiyinə görə, sonda bu layihə Türkiyədən, Naxçıvandan keçməklə Azərbaycana və oradan da Orta Asiyaya, Qazaxıstana qədər uzanacaq – yeni, böyük bir koridorun yaranması ilə nəticələnəcək:

"Bu da öz növbəsində mal dövriyyəsinin yüksəlməsinə, tranzit ölkə olaraq Azərbaycanın gələcəkdə daha çox vəsait əldə etməsinə imkan yaradacaq. Yəni iqtisadi və siyasi nöqteyi-nəzərdən ciddi nəticələr doğuracaq bir layihədir”.

N.Cəfərlinin fikrincə, bu yeni koridor həmçinin Avropa ölkələri üçün də uğurludur:

"Onların Türkiyə üzərindən keçməklə Orta Asiyaya mal ixracı daha da sürətlənəcək və asanlaşacaq. Bütövlükdə Naxçıvanla Türkiyə dəmir yollarının birləşdirilməsi yeni imkan və fürsətlər yaradacaq”.

скачать dle 12.1

Şərhlər