SON DƏQİQƏ
» » Toy hazırlıqları yarıda qaldı: Polis məclisi başlamamış dayandırdı

Toy hazırlıqları yarıda qaldı: Polis məclisi başlamamış dayandırdı

Tarix:

18-03-2021, 11:24

/ 4 929 dəfə oxundu.
Toy hazırlıqları yarıda qaldı: Polis məclisi başlamamış dayandırdı

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Bu barədə GünAz.az-a DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Cəmilli kənd sakini Firdovsi Rüstəmovun yaşadığı evdə qonaqların iştirakı ilə övladı üçün yığcam toy məclisi təşkil etmək istədiyi müəyyən olunub. Polis əməkdaşları F.Rüstəmovla profilaktiki söhbətlər aparıb, ona xəbərdarlıq edib, məclisin keçirilməsi isə dayandırılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ