SON DƏQİQƏ
» » Laçın polisi ermənilərin silah-sursatını aşkarladı

Laçın polisi ermənilərin silah-sursatını aşkarladı

Tarix:

11-03-2021, 11:39

/ 5 851 dəfə oxundu.
Laçın polisi ermənilərin silah-sursatını aşkarladı

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonununda Üçtəpə adlanan ərazisdə erməni hərbi birləşmələrinin ataraq qaçdığı 1 ədəd avtomat, 1 ədəd karabin, 1 ədəd tüfəng, 8 ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ