SON DƏQİQƏ
» » Vahid komandanlıq olmadan qələbənin əldə olunması mümkünsüz olardı

Vahid komandanlıq olmadan qələbənin əldə olunması mümkünsüz olardı

Tarix:

10-03-2021, 08:37

/ 2 802 dəfə oxundu.
Vahid komandanlıq olmadan qələbənin əldə olunması  mümkünsüz olardı

Azərbaycan əsgəri qəhrəmanlıq nümunəsidir. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik;

Müzəffər Ordu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Düşməndən intiqamımızı döyüş meydanında aldıq;

Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdirib. Silahdan istifadə etmə məharəti və inanılmaz fiziki qüvvə böyük hazırlıq tələb edir. Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaq peşəkarlıq olmadan qeyri-mümkündür(Şuşanın işğaldan azad olunması buna bariz nümunədir);

Müharibə Azərbaycan Ordusuna yeni təcrübə qazandırıb. Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, amma onlar həll edilib.

Vətən Müharibəsi eyni zamanda peşəkar komandanlıq nümunəsidir. Vahid komandanlıq, planlaşdırma olmadan qələbənin əldə olunması mümkünsüz olardı. Bütün elementlərin düzgün kombinasiyası: kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları – qələbəyə gətirib çıxarıb. Zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma bizə məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verir;

Əldə olunmuş Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. 44 gün ərzində ərazilərin azad olunmasında xüsusi təyinatlıların böyük xidməti olub. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb;

Pilotsuz uçuş aparatlarının rolu çox böyük olub. Bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələnib;

Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir. Planlaşdırma düzgün olmasaydı qələbənin əldə olunması çox çətin olardı. Ona görə ki, orada uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədir. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır.

 

 Sərxan Şahverdiyev

YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini,

SKA-nın regional rəhbəri; 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ