SON DƏQİQƏ

Mübariz Mənsimov azad edildi

Tarix:

5-03-2021, 14:14

/ 6 008 dəfə oxundu.
Mübariz Mənsimov azad edildi

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəməsi başlayıb.

Bu haqda məlumatı "Palmali” şirkətlər qrupunun mətbuat katibi Fidan Quliyeva öz Feysbuk hesabında yazıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun sərbəst buraxılması üçün protest verib. Bu gün hər kəs azərbaycanlı iş adamı və xeyriyyəçinin məhkəmə zalından azadlığa buraxılacağını gözləyir.

Məhkəmədə Mübariz Mənsimova söz verilib. O deyib ki, nə FETO-ya bir qəpik vermişəm, nə də köpəklərinə, vermərəm də. Tam əksinə, yalnız dövlətimizə yardım etmişəm. Mən bəraət istəyirəm”.

Məhkəmədə M.Mənsimovun vəkili Ərsan Şən çıxış edib və müdafiə etdiyi şəxsin FETÖ-ya hər hansı yardım etməsi barədə ifadələrin heç birinin dəlil-sübutu olmadığını bildirib, bunları böhtan adlandırıb.

Vəkil eyni zamanda heç bir sübut olmadığı üçün ittiham tərəfinin iddiasından imtina edilməsini, Mübariz Mənsimovun bəraətini istəyib.

Məhkəmə heyəti qərar vermək üçün müşavirə otağına gedib.

скачать dle 12.1

Şərhlər