SON DƏQİQƏ
» » Dinindən və dilindən asılı olmayaraq qazandığımız "ZƏFƏR" birliyimizi göstərdi

Dinindən və dilindən asılı olmayaraq qazandığımız "ZƏFƏR" birliyimizi göstərdi

Tarix:

5-03-2021, 12:48

/ 3 027 dəfə oxundu.
Dinindən və dilindən asılı olmayaraq qazandığımız "ZƏFƏR" birliyimizi göstərdi

Etnik mədəniyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı istər ön, istərsə də arxa cəbhədə birləşərək zəfər bayramına imza atdı

 

Azərbaycanda qədimdən bəri müxtəlif xalqların nümayəndələri sülh və əminamanlıq şəraitində yaşayıblar. Hələ eramızdan əvvəl torpaqlarımızda türk və qafqazdilli tayfalar yaşamışdır. Çoxtanrılı dinlərə, zərdüştlüyə, tanrıçılığa sitayiş edən tayfalar əsrlər boyu bir-biri ilə qaynayıb qarışmış, Azərbaycan xalqının formalaşmasında birgə rol oynamışlar. Cənubi Qafqazda xristian dininin, VII, VIII əsrlərdə İslam dininin qəbul edilməsi Azərbaycan ərazisində yaşayan xalqların birgə yaşayış prinsiplərinə heç bir ciddi maneə olmadı. Çünki Azərbayan xalqı tarixən tolerant dəyərlərə malik olmuşdur. Bu xalqımızın yüksək mənəvi dəyərlərindən xəbər verir. Milli, dini və etnik tolerantlıq Azərbaycan xalqının canında, qanındadır. Milli ənənələrimizdə, mentaritetimizdə, folklorumuzda başqa dinlərə dözümlülük, hörmət özünü aydın şəkildə göstərir. Azərbaycanlı sözü tarix boyu birləşdirici, həmrəylik missiyasının daşıyıcısı olmuşdur. Xalqımızın düşmənlərinin ən böyük arzusu da bu bütövlüyü pozmaq olub. Bəli, bu bütövlüyü pozub öz çirkin niyyətlərini həyata keçirmək. Tarixin qoruyub saxladığımızın zaman-zaman müxtəlif imperiyaların hücumlarına, işğalına məruz qalmasına baxmayaraq yenə ayaq üstə durmağı bacaran, qoynunda bütün milli azlıqlarına, onu "vətən!” deyib qoruyan hər bir oğluna, qızına yer verən Vətən torpağıma göz dikən idi düşmən.

Xalqımızın humanistliyindən, bir qədər də unutqanlığından istifadə edən mənfur düşmən Birinci Qarabağ müharibəsində çirkin niyyətini həyata keçirdi. Humanistlikdən, insanlıqdan, tolerantlıqdan anlayışı olmayan erməni faşistləri Xocalı qətliamını törətdilər. Ermənistandan bütün azərbaycanlı müsəlman əhalini amansızcasına qovdular. İşğal altında olan torpaqlarımızda vandalizm nümayiş etdirdilər. Milli mənəvi abidələrimizi dağıtdılar.

Azərbaycan xalqı və hökuməti isə yenə də tolerantlığa əməl edir, Bakıdakı erməni kilsəsini belə milli-mənəvi dəyərlərə hörmətlə yanaşaraq qoruyurdu.

Lakin Azərbaycan xalqı düşmənə qarşı layiqli mübarizəyə hazırlaşaraq İkinci Qarabağ müharibəsində qalib gəldi. Cənab prezidentimiz uğurlu xarici və daxili siyasət xətti yeridərək bu qələbəyə nail oldu. Bu qələbənin əldə edilməsində azərbaycançılıq ideyası mühüm rol oynadı. Etnik mədəniyyətindən, dinindən, dilindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı istər ön, istərsə də arxa cəbhədə birləşərək zəfər bayramına imza atdı. Azad edilmiş torpaqlarımızda yeni infrastrukturun yaradılması üçün bərpa işlərinə başlanılmışdır. Azərbaycan rəhbərliyi və azərbaycan xalqı yenə də humanistlik nümayiş etdirərək həmin ərazilərdə ermənilərin də azərbaycanlılarla birgə yaşayışına icazə verir. Lakin onlar xalqımıza, adətlərimizə, dinimizə və ən əsası dövlətimizə hörmətlə yanaşmalı xalqımızın çoxəsirlik tolerantlıq və multikultural dəyərlərinə əməl etməlidirlər.

Ümumilli lider Heydər Əliyev demişdir:

"Ölkə əhalisinin çoxmillətli tərkibi bizim milli sərvətimizdir, üstünlüyümüzdür!”

 

Mahirə Mütəllimova 

Bakıxanov qəsəbəsi, Müşviq Orucov adına 213 nömrəli məktəb-liseyin

tarix müəllimi 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ