SON DƏQİQƏ
» » Çoxmədəniyyətlilik təfəkkürü Xalqımızın həyatında nümunəvi bir məzmun daşıyır

Çoxmədəniyyətlilik təfəkkürü Xalqımızın həyatında nümunəvi bir məzmun daşıyır

Tarix:

5-03-2021, 12:25

/ 5 202 dəfə oxundu.
Çoxmədəniyyətlilik təfəkkürü Xalqımızın həyatında nümunəvi bir məzmun daşıyır

Azərbaycanda birgəyaşayış ənənələri ölkəmizdə yaşayan xalqların tarixi qədər qədimdir. Bu cür birgəyaşayışın Azərbaycan modelinin bütün dünyaya təqdimatına ehtiyac var. Bu baxımdan Cənab Prezidentin 2016-cı ili Azərbaycanda multikulturalizm ili elan etməsi çox önəmlidir.

Milli-mədəni müxtəliflik və etnik-milli dözümlülük mühiti Azərbaycanı dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün həmin mədəni, etnik rəngarəngliyin qorunmasına yönələn iş uğurla davam etdirilir. Azərbaycanda yaşayan bütün xalqlar bərabər şəkildə yaşayır. Həm dövlətin, həm də bu xalqların özlərinin irəli sürdüyü təşəbbüslər sayəsində ölkənin birgəyaşayış siyasəti davam edir.

Cənab Prezident elan etmişdir ki, Azərbaycanda birgəyaşayış və mədəniyyətlərarası dialoq dövlət siyasəti və həyat tərzidir. Bu bizim tariximizə, milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir. Xalqımızın məişətində, təfəkküründə, şüurunda çoxmədəniyyətlilik təfəkkürü inkişaf edib və bu gün nümunəvi bir məzmun daşıyır.

Bu gün Azərbaycanda yaşayan xalqların dini, milli adət-ənənələrini yaşatmağa , qorumağa hər cür imkan yaradılmışdır. Müxtəlif xalqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir.

2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Xalqımız böyük zəfər sevincini yaşadı. İndi soydaşlarımızın doğma yurdlarına qayıtması üçün bərpa işlərinə başlanılıb. Bu yerlərə qayıtmaq istəyən və Azərbaycan Respublikasının qanunlarına əməl edərək yaşamaq istəyən erməni xalqının nümayəndələrinə də eyni şərait yaradılır.

Azərbaycan Dövləti bütün beynəlxalq hüquq normalarına uyğun olaraq qərarlar verir. Burada yaşamaq istəyən xalqların Konstitusiya çərşivəsində hüquqları qorunur.

Dövlət başçımız dəfələrlə qeyd etmişdir ki, Azərbaycan bütün beynəlxalq Konvensiyalara və qəbul etdiyi öhdəliklərə sadiqdir. Azərbaycan xalqı əsrlər boyu qoruyub yaşatdığı dünyəvi dəyərlərə hörmətlə yanaşır. Bizim xalqımız bütün dünyaya örnək ola biləcək tolerantlıq nümunəsidir.

 

 Vəfa Məmmədova

Sabunçu qəsəbəsi, C.Məmmədyarov adına 155 nömrəli məktəbin

təlim-tərbiyə işləri üzrə direktor müavini 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ