SON DƏQİQƏ
» » “Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

“Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

Tarix:

12-02-2021, 21:49

/ 1 383 dəfə oxundu.
“Türk hava yolları” Gəncəyə uçuşları bərpa etməyi planlaşdırır

"Türk hava yolları” aviaşirkəti Gəncə şəhərinə uçuşları bərpa etməyi planlaşdırır.

GunAz.az-ın məlumatına görə, bunu şirkətin Azərbaycandakı nümayəndəsi İlyas Seyfulla deyib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Gədəbəy və Naftalanın turizm potensialının inkişafı turistlərin sayına müsbət təsir göstərir:

"Bu amilləri nəzərə alaraq biz Gəncəyə münasib qiymətlərlə aviareysləri təşkil etməyi planlaşdırırıq”.

Gəncəyə reyslərin 2021-ci il mayında başlanması nəzərdə tutulur.


скачать dle 12.1

Şərhlər