SON DƏQİQƏ
» » 60 TIR rusların müşayiəti ilə Şuşaya getdi - Video

60 TIR rusların müşayiəti ilə Şuşaya getdi - Video

Tarix:

12-02-2021, 12:51

/ 6 952 dəfə oxundu.
60 TIR rusların müşayiəti ilə Şuşaya getdi - Video

Azərbaycan tərəfinin istəyi ilə Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycan Respublikasının iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb. Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”, - nazirlikdən bildirilib.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ