SON DƏQİQƏ

Qarabağda daha bir modul şəhərcik tikildi

Tarix:

1-02-2021, 11:42

/ 5 802 dəfə oxundu.
Qarabağda daha bir modul şəhərcik tikildi

Rus sülhməramlıları üçün 60 nəfərlik modul şəhərcik inşa edilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin hərbi personalının Dağlıq Qarabağda yerləşdirilməsi şəraitini yaxşılaşdırmaq üçün Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri qısa müddətdə Xaçmaç qəsəbəsində 60 nəfərlik blok-modul şəhərciyini inşa ediblər”, - MN-dən bildirilib.

Qeyd olunub ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün inşa edilən dördüncü şəhərcikdir.

"Hər bir şəhərin ərazisində süni örtüklü idman salonu, hamam, tibb mərkəzi, forma təmizləyən mərkəz, istirahət otağı, ofis, anbar və yeməkxana var”, -məlumatda vurğulanıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ