SON DƏQİQƏ
» » Daha 140 nəfər koronaya yoluxdu , 3 nəfər öldü

Daha 140 nəfər koronaya yoluxdu , 3 nəfər öldü

Tarix:

11-02-2021, 16:49

/ 6 875 dəfə oxundu.
Daha 140 nəfər koronaya yoluxdu , 3 nəfər öldü

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 231 649 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 119 nəfər müalicə olunaraq sağalıb, 3 170 nəfər vəfat edib. Hazırda 2 360 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 315, bu günə qədər isə ümumilikdə 2 478 223 test icra olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ