SON DƏQİQƏ
» » Daha 162 nəfər koronaya yoluxdu , 4 nəfər öldü

Daha 162 nəfər koronaya yoluxdu , 4 nəfər öldü

Tarix:

3-02-2021, 18:06

/ 5 916 dəfə oxundu.
Daha 162 nəfər koronaya yoluxdu , 4 nəfər öldü

Azərbaycanda son sutkada koronavirusa 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 230 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 224 168 nəfər müalicə olunaraq sağalıb, 3 145 nəfər vəfat edib. Hazırda 3 304 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 198, bu günə qədər isə ümumilikdə 2 426 945 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ