SON DƏQİQƏ
» » Peyvənd üçün bu xidmətdən istifadə qaydası - Video

Peyvənd üçün bu xidmətdən istifadə qaydası - Video

Tarix:

10-02-2021, 20:54

/ 6 725 dəfə oxundu.
Peyvənd üçün bu xidmətdən istifadə qaydası - Video

Fevralın 8-dən etibarən Azərbaycanda "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yaşı 65 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb.

Həmin şəxslərin növbəli qaydada peyvənd olunması üçün "COVİD-19 vaksin randevu” adlı elektron xidmət istifadəyə verilib.

Vətəndaşlar saytına daxil olub "COVİD-19 vaksin randevu” xidmətini seçməlidirlər. Daha sonra açılan pəncərədə onlayn növbə tutmaq üçün vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla” düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir. Vətəndaş peyvəndləmə vaxtını və ya məntəqəni dəyişmək istədikdə yenidən qeydiyyatdan keçməlidir.

Onlayn qaydada növbənin götürülməsi ilə bağlı izahlı video təlimatla buradan tanış ola bilərsiniz.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ