SON DƏQİQƏ
» » Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB

Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB

Tarix:

8-02-2021, 21:32

/ 1 319 dəfə oxundu.
Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB

"Vətəndaşların COVİD-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür”.

GunAz.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə – yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

"Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ