SON DƏQİQƏ
» » Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana getdi

Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana getdi

Tarix:

6-02-2021, 10:18

/ 5 840 dəfə oxundu.
Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana getdi

Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandkıa nümayəndəliklərinin rəhbərləri ilə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola çıxmışıq.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Səfərlərin məqsədi həmin ərazilərdə erməni vandallığını əyani şəkildə göstərməkdir.


скачать dle 12.1

Şərhlər