SON DƏQİQƏ
» » Sürüşmə nəticəsində dəymiş ziyan açıqlandı – Rəsmi

Sürüşmə nəticəsində dəymiş ziyan açıqlandı – Rəsmi

Tarix:

29-01-2021, 12:41

/ 5 913 dəfə oxundu.
Sürüşmə nəticəsində dəymiş ziyan açıqlandı – Rəsmi

Badamdarda baş verən torpaq sürüşməsi nəticəsində insan tələfatı olmasa da, ərazidə olan restorana ziyan dəyib.

Bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Onun sözlərinə görə, sözügedən restoran fəaliyyətsiz olub:

"Bildiyiniz kimi ötən gün axşam saatlarında 20-ci massiv deyilən ərazidə yenidən torpaq sürüməsi baş verib. Xoşbəxtlikdən sürüşmə zamanı insan tələfatı olmayıb. Yalnız fəaliyyəti vaxtı ilə bizim tərəfimizdən dayandırılan restoranın mətbəx hissəsində dağıntılar baş verib”.

E. Əsədov qeyd edib ki, bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər dəfə sürüşmə baş verən ərazi qeydə alınıb:

"Badamdar Bakının ən təhlükəli sürüşmə zonasıdır. Bu günə kimi Bakının bir neçə dəfə baş planı hazırlanıb və hər zaman bu ərazi də nəzərə alınıb. Lakin uzun müddət, hətta Sovet dövründən başlayaraq yamacın yuxarı ərazisində mühəndis hazırlıq işləri görülmədən, yaşayış obyektləri və mülki obyektlər tikilib".


скачать dle 12.1

Şərhlər