SON DƏQİQƏ
» » “Evlərə ziyan dəyməyib” - İcra başçısı sürüşmə ərazisində

“Evlərə ziyan dəyməyib” - İcra başçısı sürüşmə ərazisində

Tarix:

28-01-2021, 23:42

/ 1 446 dəfə oxundu.
“Evlərə ziyan dəyməyib” - İcra başçısı sürüşmə ərazisində

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu, 20-ci sahə adlanan ərazidə növbəti dəfə torpaq sürüşməsi olub.

GunAz.az xəbər verir ki, hadisə yerində olan Səbailin icra başçısı Vüqar Zeynalov mövcud durumla bağlı açıqlama verib.

"Sürüşmə bundan öncə də olmuşdu. Sadəcə, indi fəallaşıb. Ən əsası odur ki, təlafat yoxdur. Evlərə də ziyan dəyməyib. Buna baxmayaraq, təhlükəli ərazidə hesab olunan iki evin sakinlərini  təxliyyə etmişik. Sadəcə, bir minik avtomobili torpağın altında qalıb. Allaha şükür ki, onun da içində adam olmayıb”, – deyə rayon rəhbəri bildirib.


скачать dle 12.1

Şərhlər