SON DƏQİQƏ

Səy Qasım

Tarix:

28-01-2021, 08:56

/ 4 505 dəfə oxundu.
Səy Qasım

Eşitdiyim xəbər inşəallah yalan olar. Onsuzda inanmağım qeyri mümkündür. Əşi yoxey, ay mənim əziz millətim siz də bizim kəndçi səy Qasımın dediklərinə inanmayın. Axı bu ola bilməz. Hərbçi qardaşlarımızın məvacibini deyirəm ey. Bu şaiyə, bizim kənddə çıxıb. O gün kəndçimiz səy Qasım oturmuşdu qaz xəttinin üstündə öz-özünə danışırdı:

- Bə deyirdiz müharibə qurtaran kimi igidlərimizin maaşı 5000 manat olacaq, bə noldu? Deyir o Bakıdakı pul işinə baxan böyüknən, əsgərlərimizin böyüyü məsləhətləşiblər ki, ta müharibə qurtardı əsgərlərin pulun yendirək tək qata.

- Ə Qasım, tək qat nədi?

- Ə, eləbilki, o yolda duran polis varey, bizim bacoğludan da hər bazar 10 manat alır ey, bax onun maaşının yarısıdı tək qat, indi bildin? Elə bil ondan alıb buna verəcəklər də. Ə o, İsa babanın bir söhbəti vardı ey, "gorbagor qardaş" məsəlini deyirəm, bax ona oxşuyur sənin söhbətin. Nətəriydi o məsəl, onu danış görüm hələ.

- Danışım da Qasım. İsa baba deyirdi ki, günlərin birində yoldan keşən yolçu bulaqda qab yuyan bir arvada yaxınlaşıb deyir:

- Ay bacı bir qab su ver içim.

Qasım, onu da deyim ki, arvad da sənin kimi səy imiş. Suyu verəndən sonra kişini tutur söhbətə.

- Qardaş, hardan gəlib hara gedirsən?

- Cəhənnəmnən gəlib gora gedirəm.

- Bıy saa qurban olum qardaş. Mənimdə qardaşımı gördün orda, bir aydı ölüb.

Yolçu baxır arvad gicdi, deyir.

- Hə bacı gördüm.

- Qardaş sən allah vəziyyəti necədir?

- Bacı, vəziyyəti yaxşı deyil. 1000 manat borcu var deyə, hər gün döyürlər.

- Bıy bacın ölsün qardaş. Yolçu, burda 5 dəqiqə gözlə gəlirəm.

Arvad düşür kənddən 1000 manat pul tapır, gəlir evdə nə yaxşı varsa, birdə ərinin bir dəst kostyumunu verir yolçuya.

- Qardaş bunu təcili çatdır qardaşıma...

Kişi işdən yorğun-arğın gəlir evə. Baxır arvadın əli çalır, ayağı da oynayır.

- Arvad kefin yaman kökdür, xeyir ola?

- Xeyirdi, ay kişi xeyirdi, qardaşımın yanından gələn vardı. 1000 manat borcu varmış, onu kənddən yığdım, evdəndə bir-iki şey qoydum apardı.

Kişi həmən bilir ki, arvadın səyliyindən istifadə ediblər. Atı minir düşür yolçunun dalına.

Yolçu baxır ki arxadan bir atlı gəlir, yıxılsa bir dişi salamat qalmayacaq. Şübhələnir ki bu arvadın əridir. Tez girir bir mağaraya sarmaşır qayadan. Arvadın əri çatır yolçuya, soruşmağa ehtiyac qalmır. Baxır ki, kostyumunu yolçu təpib əyninə.

- Ə, qurumsax...

- Qardaş bağışla bir qələtdi eləmişəm, ta birdə eləmərəm. Ancaq burdan çıxa bilmirəm, çıxsam qaya uçacaq başıma. Gəl sən qayanı tut, mən çıxım kostyumu, pulu qoyum çölə, sonrada yerimizi dəyişək. Sən də əşyaları götür get.

Səy arvadın «ağıllı» əri razılaşır, girir mağaraya möhkəm-möhkəm yapışır qayadan, yolçu da çıxır üstünü çırpa-çırpa minir kişinin atına sürüb gedir. Kişi də qalır mağarada çar-naçar, üstəlik atıda bu verdi. Qayanıda buraxa bimir ki, başına düşəcək. Sən demə bu mağarada qabırğası qalın bir çoban qoyun saxlayırmış. Çoban qoyunu qatmaq istəyir mağaraya, amma qoyun ürkür. Mağaraya boylanır görüm axı nə var burda, baxır ki, bir adam sarmaşıb qayadan.

- Ə sən kimsən, burda neynirsən? Ə çıx qoyun girsin yerinə.

- Qardaş, burdan çıxsam mağara uçacaq başıma, çıxa bilmərəm.

- Ə gic-gic danışma, mən 40 ildi burda qoyun saxlayıram uçmur, indi uçacaq?

- Yox qardaş qayanı buraxa bilmərəm.

Çoban baxır bunu başa sala bilməyəcək, çomağı qaldırır bunu vursun. Kişi baxır qaya uçana qədər çomaq gəlir. Qayanı ötürüb qaçır çölə. Baxır qaya hara uçur. Kor peşman qayıdır evə. Arvad qaçır ərinin qabağına.

- Kişi tapdın yolçunu, nə etdin?

- Heç nə arvad, heç nə. Sənin gorbagor qardaşın birdə-bir at da borcluydu, onuda mən verdim getdi.

 

Ədib İSAOĞLU


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ