SON DƏQİQƏ
» » Prezidentin nazir təyin etdiyi Nəbiyev kimdir? - Dosye

Prezidentin nazir təyin etdiyi Nəbiyev kimdir? - Dosye

Tarix:

26-01-2021, 13:25

/ 5 896 dəfə oxundu.
Prezidentin nazir təyin etdiyi Nəbiyev kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib və onun yerinə Rəşad Nəbiyev təyin olunub.

R.Nəbiyev 26 1977-ci ildə anadan olub.

O, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli Sərəncamına əsasən Azərkosmos ASC-nin sədri vəzifəsinə təyin edilib.

1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-nın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə "Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

Prezidentin bu təyinatına qədər o, "Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışırdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ