SON DƏQİQƏ
» » Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir?

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir?

Tarix:

3-09-2020, 22:50

/ 1 410 dəfə oxundu.
Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə bu gün Xarici İşlər nazirinin müavini Nadir Hüseynov vəzifəsindən azad olunub və onun yerinə Fariz Rzayev təyin edilib.

GunAz.az xəbər verir ki, Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

F.Rzayev 3 iyun 2013-cü ildə Təhsil Nazirliyinin Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir təyin edilib. 2017-ci ilin yanvar ayında Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat alıb. Həmin il Birinci vitse-prezidentin Katibliyinin rəis müavini təyin olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ