SON DƏQİQƏ

Laçın polisi qanunsuz ov edəni saxladı

Tarix:

26-01-2021, 12:36

/ 5 999 dəfə oxundu.
Laçın polisi qanunsuz ov edəni saxladı

Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Ağcabədi rayonunun Taxta körpü qəsəbəsinin Boz qobu adlanan ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov etməkdə şübhəli bilinən İmişli rayon Muradxanlı kənd sakini Nəcməddin Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 2 ədəd 16 çaplı "Tula” markalı ov tüfəngi və ovladığı çöl quşları götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ