SON DƏQİQƏ
» » Vaksin vurulan şəxslərdə əks-reaksiya... – SN susur

Vaksin vurulan şəxslərdə əks-reaksiya... – SN susur

Tarix:

22-01-2021, 16:33

/ 5 812 dəfə oxundu.
Vaksin vurulan şəxslərdə əks-reaksiya... – SN susur

Artıq 4 gündür ki, ölkədə koronavirus əleyhinə vaksinasiyaya start verilib. Maraqlıdır, bu müddət ərzində vaksin vurulan şəxslər arasında hansısa allergik və ya digər əks-reaksiyalar qeydə alınıbmı?

Məsələ ilə bağlı açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, vaksin olunan şəxslər tərəfindən əks-reaksiya olması barədə müraciət daxil olmayıb:

"Bakı şəhəri üzrə vətəndaşların vaksinasiyasını Səhiyyə Nazirliyi həyata keçirir. Bölgələrdə vaksin olunan vətəndaşlar tərəfindən isə bizə sonradan hansısa bir əks-reaksiya barədə şikayət daxil olmayıb”.

Paytaxtda vaksin vurulan şəxslərdə hansısa əks-reaksiyanın olub-olmaması barədə sorğumuza Səhiyyə Nazirliyindən cavab verilmədi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ