SON DƏQİQƏ
» » Şirəliyev və Bayramlıya vaksin əvəzinə başqa iynə vurulub?

Şirəliyev və Bayramlıya vaksin əvəzinə başqa iynə vurulub?

Tarix:

19-01-2021, 11:22

/ 4 838 dəfə oxundu.
Şirəliyev və Bayramlıya vaksin əvəzinə başqa iynə vurulub?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə səhiyyə naziri Oqtay Şirəliyev və TƏBİB rəhbəri Ramin Bayramlının inyeksiya zamanı şprisdə vaksin deyil, başqa dərman olması barədə iddialara münasibət bildirib.

TƏBİB-dən Report-a sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində "only for clinical trial” yazıldığı bildirilib.

"Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib”, - deyə qeyd edilib.

TƏBİB-dən həmçinin bildirilib ki, dünən vaksin vurulan Ramin Bayramlı özünü yaxsi hiss edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ