
Azərbaycan ən xoşbəxt ölkələr siyahısına daxil olub.
Bu nəticə Demokratik Təşəbbüslər Fondu və Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuya əsasən, ən xoşbəxt insanlar Qırğızıstan (85%), Qazaxıstan (76%), Ekvador (77%), Kolumbiyada (77%) yaşayırlar. Azərbaycan siyahıda ilk beşlikdə (76%) qərarlaşıb.
Ən bədbəxt ölkələr siyahısında isə Ukrayna, Ermənistan, Honkonq, Qana və Şimali Makedoniya yer alıb.