SON DƏQİQƏ

Tərxis edilən əsgər itkin düşdü - Foto

Tarix:

7-01-2021, 18:04

/ 5 777 dəfə oxundu.
Tərxis edilən əsgər itkin düşdü - Foto

II Qarabağ müharibəsi iştirakçısı Süleymanov Kamal Ceyhun oğlu dekabrın 31-də Abşeronda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb.

Bu barədə Teleqramda qeyd edilib. Məlumata görə, dekabrın 31-də ailə üzvləri ilə danışaraq evə gəlib anasına sürpriz edəcəyini deyən Kamal Süleymanovdan hərbi hissədən çıxdıqdan sonra xəbər olmayıb.

Qeyd edək ki, Füzuli uğrunda döyüşlərdə iştirak edən K. Süleymanovun əsəgr yoldaşları da onun tərxis olunaraq hərbi hissəni tərk etdiyini təsdiqləyiblər.

Onu görənlərdən (055) 232 33 53, yaxud (012) 533 64 14 nömrələri əlaqə saxlamaları xahiş olunur.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ