SON DƏQİQƏ
» » Könüllülərin tərxis olunması ilə bağlı rəsmi açıqlama

Könüllülərin tərxis olunması ilə bağlı rəsmi açıqlama

Tarix:

23-12-2020, 15:01

/ 5 807 dəfə oxundu.
Könüllülərin tərxis olunması ilə bağlı rəsmi açıqlama

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların tərxis edilməsi ilə bağlı məlumat yayıb.

Bu barədə nazirliyin Feysbuk hesabında məlumat yayılıb.

"Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla qəbul olunur.

Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ