SON DƏQİQƏ
» » Qarabağ qazisi xəstəxanada intihar etdi - RƏSMİ

Qarabağ qazisi xəstəxanada intihar etdi - RƏSMİ

Tarix:

6-01-2021, 23:32

/ 1 306 dəfə oxundu.
Qarabağ qazisi xəstəxanada intihar etdi - RƏSMİ

Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.

GunAz.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib. News24.az-a açıqlama verən nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu əsgər Vüsal Musayev bu gün intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, II Qarabağ müharibəsinin iştirakçısı Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı.

Şəhidimizin 2 azyaşlı körpəsi var.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ