SON DƏQİQƏ

Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama

Tarix:

28-03-2020, 14:31

/ 2 122 dəfə oxundu.
Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama

Bildiyimiz kimi koronavirusla mübarizə fonunda bir sıra məhdudiyyətlər tətbiq olunmağa başlanılıb. Cəmiyyət üçün aktual məsələlərdən biri də hərbi xidmətini başa vurmuş əsgərlərin ehtiyata buraxılması ilə bağlı hər hansı bir dəyişikliyin olub-olmamasıdır.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı Konkret.az-a açıqlama verib.
"Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır”, - Dərgahlı bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ