SON DƏQİQƏ
» » Bakı-Naxçıvan reysləri niyə həyata keçirilmir?

Bakı-Naxçıvan reysləri niyə həyata keçirilmir?

Tarix:

4-01-2021, 20:47

/ 5 938 dəfə oxundu.
Bakı-Naxçıvan reysləri niyə həyata keçirilmir?

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, hava şəraiti normallaşan kimi, bütün təxirə salınmış reyslər eyni gündə yerinə yetiriləcək. Sərnişinlərə bu haqda məlumat təqdim ediləcək:

"Xüsusilə nəzərinizə çatdırırıq ki, təxirə salınmış uçuşların sərnişinlərinin COVİD-19-a dair mənfi nəticəsi olan tibbi arayışı həmin istiqamətdə uçuşlar bərpa edildikdə etibarlı olacaqdır".

Qeyd edək ki, Bakı-Naxçıvan-Bakı reysi gündə bir dəfə həyata keçirilir.


скачать dle 12.1

Şərhlər