SON DƏQİQƏ

Bakı-Naxçıvan aviareysləri ləğv olunub

Tarix:

3-02-2017, 10:35

/ 2 013 dəfə oxundu.
Bakı-Naxçıvan aviareysləri ləğv olunub

Bakıdan Naxçıvana və əks istiqamətdə yerinə yetirilməli olan aviareyslər ləğv olunub.
Naxçıvan-Bakı marşrutu üzrə reyslər bu gün müvafiq olaraq saat 13:30 və 18:20-də yerinə yetirilməli idi. Bakı-Naxçıvan marşrutu üzrə reyslər isə bu gün 10:00 və 14:50-də həyata keçirilməli idi.
Qeyd edək ki, qeyd edilən marşrut üzrə aviareysləri "Azərbaycan Hava Yolları" QSC (AZAL) yerinə yetirir.
Bununla yanaşı, Tehran-Bakı və Bakı-Tehran aviareysləri də təxirə salınıb. Aviareyslər İranın "Mahan Air" şirkəti tərəfindən bu gün müvafiq olaraq 15:30 və 16:45-də yerinə yetirilməli idi.
Aviareyslərin təxirə salınma səbəbləri açıqlanmır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ