SON DƏQİQƏ

Yasamalda üç evdə yanğın olub

Tarix:

1-01-2021, 22:11

/ 1 284 dəfə oxundu.
Yasamalda üç evdə yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda üç mənzildə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 52 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları (taxta konstruksiyalı) 40 m² sahədə, ümumi sahəsi 70 m² olan üçotaqlı mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə və ümumi sahəsi 32 m² olan ikiotaqlı mənzildə arakəsmə divar 8 m² sahədə yanıb, yüksək temperaturdan bir otağın lambirindən ibarət tavanı 16 m² sahədə əriyib.

 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ