SON DƏQİQƏ

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

Tarix:

19-12-2020, 15:57

/ 5 952 dəfə oxundu.
Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 Xeyirxahlıq—insanlar arasındakı münasibətlərdə təzahür edir, xeyirxahlıq təmənnasız, heç bir əvəz ummadan edilən yaxşılıq kimi meydana gəlir. 
Güclü bir insan olmaq həm də xeyirxah olmaq deməkdir, yaxşılıq və mərhəmətin zəifliklə heç bir əlaqəsi yoxdur xeyirxahlıq ömrü uzadır. Başqalarına fayda vermək özü-özlüyündə bir məqsəddir, daha məqsədə çatmaq vasitəsi deyil. İnsanların anonimliyi nə qədər çox olursa, onların aqressivliyi o qədər çox, başqalarının qayğılarına və rifahına verilən diqqət və qayğı da o qədər azalır. 
Bu baxımdan haqqında söhbət açdığımız Cavid Əliyev haqda yazmaq heç də onu reklam yox, daha da ruhlandırmaq və başqaları üçün nümunə olmaq məqsədi daşıyır. Bu yazı dərc edildikdən sonra o, yəqin ki, bu yazı haqda məlumatlı olacaq. 
Cavid bəy özü və 2 qardaşı Qarabağ mühüribəsi əlilidirlər. O, uzun müddətdir Rusiyanın Samara şəhərində yaşayır, Azərbaycanda Vətən müharibəsi başlayandan müharibəyə qatılmaq üçün Azərbaycandadır.  Cavid Bəy Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, və Veteranları İB-nin Sabunçu rayonu şöbəsinin sədri Hacı Zülfüqar Çəfərova müraciət edərək Zəfər bayramı münasibəti ilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Qazilərimizə yardım etmək istədiyini bildirdirmişdir. Və Vətən yolunda şəhid, qazi olan hər bir şəxsin ailəsinə ət payı göndərilmiş, yataqda olan qazilərimizə baş çəkərək problemləri ilə maraqlanmışlar. Bu işlərdə zabit kapitanımız Zülfüqar Bəyin müavini, Şahin bəyin təşkilatçılığını, tədbirin çox yaxşı nizamladığını da qeyd etməliyik.
 Cavid Bəy yaşadığı Samara şəhərində də öz fəallığı ilə seçilənlərdəndir. Belə ki, Samarada yerləşən Azərbaycan cəmiyyəti ilə sıx əlaqələr saxlayır və Azərbaycanla bağlı bütün məsələlərdə yaxından, aktiv iştirak edir.
Bilman İSAQ

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 

Xeyirxahlıq ÖMRÜ UZADIR-VİDEO-FOTO

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ