SON DƏQİQƏ

DİN-dən əhaliyə ÇAĞIRIŞ

Tarix:

10-12-2020, 18:04

/ 6 092 dəfə oxundu.
DİN-dən əhaliyə ÇAĞIRIŞ

Daxili İşlər Nazirliyi vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırıb.

GunAz.az xəbərdarlıqda deyilir:

"Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar.

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.
скачать dle 12.1

Şərhlər