
"Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfərlər, torpaqlarımızın işğaldan sürətlə azad edilməsi, işğalçı Ermənistanı küncə sıxışdırıb. Ordumuzun uğurları diplomatik və siyasi müstəvidə də tamamlanmaqla ədalətin və beynəlxalq hüququn təmin edilməsi reallaşdırılır”.
bu günlərdə cinayətkar hərbi xunta rejimi Bundestaqda təmsil olunan nasist "Almaniya üçün alternativ” Partiyasının 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə dəvət edib: "Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi, Almaniyanı "islamlaşmaqdan xilas etmək”,miqrantları sıxışdıraraq ölkədən qovmaq, onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir. Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər faşist Qaragin Nijde ilə fəxr etdikləri kimi, partiyanın həmsədrlərindən biri ALeksandr Qauland da alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları"la fəxr edir. Hazırda terrorçu Paşinyan və onun nasist komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilmirlər. Halbuki demokrat dərisinə bürünmüş bu yırtıcılar özlərini Avropaya əsl demokrat kimi sırımağa çalışırdılar. Ancaq Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət apararaq onların iç üzünü, işğalçı və irqçi olmalarını bütün dünyaya tanıtdı. Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidini puç etdi. Gəncə terroru ilə bağlı rəy bildirən Avropa İttifaqı –mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinəterrorçu zərbələrini"hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır” bəyanatında bildirdi. Aİ-nin bu bəyanatı işğalçı ölkədəisterika ilə qarşılandı". Görünən budur ki, Ermənistanın, xüsusən də baş nazir Nikol Paşinyanın siyasətdə yol verdiyi naşılıqlar, xətalar işğalçı ölkəni əsas himayədarlarından, o cümlədən Rusiyadan məhrum edir. İndi ABŞ-ın regionda möhkəmlənmək üçün erməni kartından da istifadə etmək niyyəti, ekspertlərə görə, Rusiyanın Ermənistana qarşı siyasətində daha sərt hərəkətə keçməsi ilə nəticələnəcək. Hər halda, hadisələrin gedişi Ermənistanın Rusiya və ABŞ arasında qalıb əziləcəyini istisna etmir. Bölgədə yalnız Azərbaycanın neytral xarici siyasət nəticəsində ABŞ və Rusiyanın yeni Qafqaz çəkişməsinin təsirlərindən kənarda qalacağı da əsas proqnozlar sırasında yer alır.
Məmiyev Təhmasib,
192 saylı orta məktəbin diektoru