SON DƏQİQƏ
» » Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu

Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu

Tarix:

16-11-2020, 12:16

/ 5 224 dəfə oxundu.
Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu

Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq v ahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başı pozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Bu gün artıq iki ölkədə fərqli mənzərə yaranıb. Əgər İrəvan etiraz aksiyalarında boğulursa, Bakıda qələbə sevinci yaşanır. Ermənistanın daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirdi.
Kapitulyasiya ilə bağlı saziş erməni tarixinin ən ağır sənədi sayıla bilər. Çünki sənədə məğlub durumda imza atan Nikolun heç bir tələbi yerinə yetirilmədi. Müharibənin nəticəsi olaraq Ermənistan 30 ildir danışıqlar prosesində nail olmaq istədiklərini əldə edə bilmədi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəlisi hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Bu gün Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə gedib. Artıq erməni xalqının illərlə Dağlıq Qarabağda qurmaq istədiyi yeni erməni dövlətinin yaradılması planları da puç olub.
Nəinki ikinci erməni "dövləti” tarixin zibilliklərinə atıldı, onların əlavə istəkləri də bundan sonra müzakirə mövzusu ola bilmız. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olundu, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsinin Azərbaycan Ordusunun nəzarətində olması tarixi nailiyyət sayılmalıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun "məğlubedilməz”liyi barədə illərdir formalaşdırılmış mifi 45 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.
Kapitulyasiya ilə məlum sənədi imzalamağa məcbur olan Ermənistan inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı. Bu isə kifayət qədər böyük ərazinin şəhid vermədən, qan tökülmədən geri qaytarılması deməkdir.
Bundan başqa, azad edilən digər ərazilərlə yanaşı Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması ilə Dağlıq Qarabağa gedən bütün strateji yollar, yüksəkliklər, kommunikasiya xətləri tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olacaq. Həmçinin qarşıdakı dövrdə məcburi köçkünlərin azad edilən ərazilərə geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək.

 

Nailə Nəsirova,

Zabrat Bələdiyyəsinin sədri


скачать dle 12.1

Şərhlər