SON DƏQİQƏ

Ermənilərin yaratdıqları mifin dağılması

Tarix:

13-11-2020, 11:06

/ 3 897 dəfə oxundu.
Ermənilərin yaratdıqları mifin dağılması

Kütləvi şüurun mifolojiləşdirilməsi prosesi müəyyən mənada bəşəriyyətin bütün tarixini müşayiət etsə də, müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir.Təəssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı erməni alimlərinin "böyük Ermənistan”, "əzabkeş Ermənistan” haqqında, "ermənilərin birinci xristian millət” olması barədə və digər bir sıra miflərin kütləvi şüura yeridilməsi cəhdlərində çox gülünc formada təzahür edib.

Ermənilərin mif yaradıcılığına nəzər salsaq, asanlıqla yəqin etmək olar ki, onlar miflərdən öz tarixlərini qədimləşdirmək məqsədilə istifadə etməkdə bütün bəşəriyyəti qabaqlayırlar.Bu, onların öz etnogenezini və milli dinlərini qədimləşdirmələrində daha əyani şəkildə görünür.Onlar "şey” ideyasını "şeyin özündən ayırmağa” başlayanda öz miflərinin fetişləşdirilməsini animizm dərəcəsinə çatdırıblar.

Məlum oldu ki, ermənilərin bizim haqqımızda uydurduqları və üfürüb böyütdükləri əsas mif – "azərbaycanlılar qorxaqdır, bizimlə döyüşə bilməzlər, daha heç vaxt bu cürətdə olmayacaqlar” stereotipi çox yanlışdır. İllərdir erməni hərbçilərindən Xocalı qətliamının, işğal olunmuş torpaqların, yer-yurdundan didərgin salınmış yüz minlərlə həmvətənimizin öcünü almaq istəyən oğlanlar, nəhayət, baş komandandan əmr və silah aldılar, aslanlar kimi düşmən üzərinə yeridilər və ilk 30 gündə 30 ilin işini gördülər.

Bu arada özləri barədə yaratdıqları "yenilməz Artsax ordusu”, "rəşadətli erməni əsgəri” mifi də dağılıb getdi. Onun da bir-iki hücumluq canı varmış. "Rəşadətli əsgərlər”in 5-6 mini necə vurulduqlarını bilmədən qırıldılar, 20-30-u əllərini qaldırıb təslim oldu, bir neçə yüzü mühasirədə, zəncirdə qalıb döyüşdülər və öldülər, 20-30 mini də arxasına baxmadan qaçdı, daha dəqiqi, öz sözləri ilə desək, "taktiki geri çəkilmə əməliyyatı” gerçəkləşdirdilər.

Dağılan miflərdən daha biri də erməni diasporunun və onların maliyyələşdirdiyi erməni lobbisinin hər şeyə qadir olması, ölkə parlamentlərində qərar və qətnamələr qəbul etdirmələri barədə idi. Anlaşıldı ki, onların erməni həyasızlıığına dayanan gücü bir yerə qədərmiş.

Cənubi Qafqazda Azərbaycanın daha da güclənməsi fonunda Ermənistanın sürətlə zəifləməsini əks etdirir. Bu isə regionda yeni geostrateji situasiyanın yaranmasını təcəssüm etdirir. Azərbaycan artıq dönməz liderlik səviyyəsinə və regionu idarə edən qüvvəyə çevrilib. Başqa sözlə, artıq Ermənistan dövlətinin və onun vətəndaşlarının taleyi həm də Azərbaycandan, onun verdiyi qərarlardan, bu məkanda həyata keçirəcəyi yeni layihələrdən asılı olacaq.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin baş direktoru - Fərhad Cəfərquliyev


скачать dle 12.1

Şərhlər