SON DƏQİQƏ

Şuşa sevinci Onu əbədiyyətə qovuşdurdu

Tarix:

12-11-2020, 08:22

/ 5 467 dəfə oxundu.
Şuşa sevinci Onu əbədiyyətə qovuşdurdu


 

Noyabrın-8 də Şuşa şəhərimiz, alınmaz qalamız, cənnət məkanımız, 30il ayrılıqdan sonraigid əsgərlərimizin qanı bahasına müzəffər ordumuzun gücü sayəsində azad olundu. Bu sevinc xəbərini hamı sonsuz məhəbbətlə qarşıladı. Diqqət televiziya ekranlarına yönəldi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qürur hissi ilə bu qələbəni elan etdi. İnsanlar küçələrə axışdılar. Şəhidlər Xiyabanı insan seliylə doldu. Hamı bu qələbəni coşquyla qeyd edirdi. Uşaqdan böyüyə qədər hamımız bu qələbə bayramını sevinclə qarşıladıq.
Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun rəhbəri, Dünya Sülh səfiri, vətənpərvər ziyalımız Əlikram Müzəffərdə ürək ağrısıyla bu xəbəri eşidərkənçox həyəcanlanır. Bu həyəcan sevinc həyəcanı idi. Ürəyindən müalicə olunurdu. Bu qələbə sevincinə dözmürqardaşımız. Gözləri gülə-gülə əbədiyyətə qovuşur.
Əlikram Müzəffər mötəbər məclislərdə, o cümlədənTürkiyədə, Almaniyada, İranda, Avropadavə bir çox xarici ölkələrdə möhtəşəm, vətənpərvər tədbirlərin təşkilatçısı, dinimizin bilicisi idi. Bəşəriyyəti sülhə, sərhədsiz dünyaya, əmin-əmanlığa səsləyirdi. Qələm dostumuz Bilman İsaq bu acı xəbəri mənə çatdırarkənbiz qardaşımın şəhid balasını son mənzilə yola salırdıq. Birgözümüz gülsə də, o biri gözümüz qan ağlayırdı. Şuşanın azad olunması isə qəlbimizə məlhəm səpirdi.
Nəhayət ki, Şuşa həsrətinə son qoyuldu. Şanlı ordumuz bizə yenidən yaşamaq stimulu verdi. Azadlığı daddıq. Belimizdikəldi. Azərbaycan xalqı Ali Baş Komandanımızın rəhbərliyi altında bir yumruq kimi birləsdi, düşmənin belinimərdi-mərdanə qırdı. Yağıları yurdumuzdan iti qovan kimi qovduq. Məkirli düşmən isə mülki şəxslərə qadağan olunmuş silahlardanraket mərmiləri yağdırsa da xalqımızın birliyini, möhtəşəmliyini qıra bilmədi. Əksinə olaraq ordumuz döyüş meydanlarında öz sözünü dedi. İşğalçı quldurlara acı bir dərs verdi. Azərbaycan BMT-nin qətnaməsini təkbaşına yerinə yetirdi.

Muzəffər ordumuzun 44 gün ərzində bir-birindən möhtəşəm qələbə xəbərlərini Əlikram müəllim intizarla, göz yaşlarıyla, kövrək, titrək qəlbiilə izlədi. Qürur hissi keçirdi. «Ölsəm də arzum qalmadı, əsas odur ki,Şuşanı azad etdik dedi».
Əlikram Müzəffərin tək bir amalı, parolu "Tək Bir O" idi. "Tək Bir O" deyəndə Ulu Öndərdən danışaraq onu nəzərdə tutardı. Onun "Tək Bir O" haqqında çəkdiyi, müəllifi olduğu filmin sosial şəbəkələrdə çoxlu izləyiciləri var.

Müqəddəs Kitabımız olan Qurani-Kərimin mükəmməltəbliğatçısı idi. Hər kəlməsindəPeyğəmbərimizin (s.ə.s) kəlamlarındansitat gətirərdi. Namaz əhli idi. Müqəddəs məkanları ziyarət etmişdi.
Uzun illər rəhbər vəzifələrdə işləmişdi. Dövlət qulluqçusu-təqaüdçüsü idi. Qəlbi təmiz,xeyirxah insan idi. Heç kəsin xətrinə dəyməz, incidiyi adamlarla tez də barışardı. Heç kəslə kin-küdurət saxlamazdı. Özünəməxsus yumor hissi ilə qəlbləri ələ almağı bacarırdı. Məclislərdə ağsaqqallıq missiyasını da şərəflə yerinə yetirirdi. Qəlbi də çox kövrək idi. Dəfələrlə tədbirlərdə bir yerdə olardıq. "Azad Azərbaycan", " Həkəri"qəzetlərində, Günaz.az saytında tez-tez aktual mövzularla çıxış edərdi, müsahibələri dərc olunardı. Azərbaycanın haqq səsini dünyaya yayardı.
Xocalı soyqırımı onu çox kədərləndirmişdi. Erməni quldurlarının haqsız hərəkətlərini, terrorçu və mənfur simalarınıhər yerdəifşa edərdi. Xarici ölkə mətbuatına müsahibələr verərdi.

Həqiqətən də bir vətənpərvər ziyalımızı itirdik. Rahat uyu Hacı Əlikram Müzəffər! Şuşanın azad olunma xəbərin eşitdin. Az da olsa, Qələbə sevincini daddın, sevindin, qəlbin güldü, arzuna çatdın.
İşğal olunmuş torpaqlarımızın bir-bir azad olunması xəbərinə necə də sevinirdin. Uğurlarımızı dostlarınla bölüşərdin. Ömür vəfa qılmadı. Başqa arzuların da vardı. Təəssüf ki, onlar yarımçıq qaldı…
Məkanın cənnət olsun Əlikram qardaşımız! Sənin işıqlı siman qəlbimizdən silinməyəcək vəuzun illər xatırlanaraq,ehtiramla yad ediləcəkdir.

Rauf İLYASOĞLU

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ