SON DƏQİQƏ

AND

Tarix:

7-11-2020, 16:14

/ 4 452 dəfə oxundu.
AND

And içirəm.
Doğma yurdumuz Azərbaycan bu gün öz torpaqlarını yağı düşmən işğalından azad edir. Biz yeni tarix yazırıq, yeni və daha müqəddəs and yerləri kəşf edirik. Axı biz qədim Türklər real and yerlərinə daha çox üstünlük vermişik. Bu gün hər bir Azərbaycan vətəndaşı doğma yurdunu sevə-sevə tərənnüm edir, və müqəddəs torpaqlarımızı, igidlərimizi and yeri kimi dəyərləndirir. Bu vətənsevər insanlardan biri də, Biologiya üzrə fəlsəfə doktoru, Dossent, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, qızıl kəlmə mükafatçısı  Sadiq Qarayevdir. Sadiq Qarayevin qələmə aldığı möhtəşəm and yazısını siz əziz oxuculara təqdim edirəm.                                                                           
                                                                        AND
            And olsun doqquz iqlimli torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə Əlincə böyüklükdə azadlığa!
Bu Vətən cənnətin öz bənzərində...
Bir daşına dünya dəyməz,
Qiymətini yadlar bilməz!
           And olsun Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə, ruhumuzu dirçəldən, tarix səsli himnə, Cümhuriyyət əsgərinin əbədi millət qeyrətinə, ilk şəhadətinə!
Milli ruhun odu sönməz,
Bir kərə yüksələn bayraq, bir daha enməz!
         And olsun Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah- naləyə, üzərində donmuş uşaq,  qırmızı- bəyaz qara, qara rəngə, baş əyməyən, satılmayan, tikə- tikə doğrandıqca bütövləşən, qızıl rəngli qiymətləşən, damcı - damcı göyə düşən sahibsiz kölgələrə, naməlum qəhrəmanlara!
Bu xalq torpaq verməz,
Şəhidlər ölməz, Vətən bölünməz!
         And olsun zabit yoldaşlarını qoruyan, düşmənin polkovnik, generalını boğan əsgərin əllərinə, yenə yoldaşlarından ötrü cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üç rəngli əzəmətinə, iki yüzü yox edən birin öz- özünə heyrətinə, el- obaya özü təskinlik verən şəhid atasının yerdən- göyə qeyrətinə, vətən- oğul sevgisinə- iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının gözlərində hər damlası vətən boyda, ümman- ümman qüruruna!
Səkkizguşəli ulduzlar heç zaman sönməz,
Şəhid ruhlu bayrağımız, ləkə götürməz!
Ədib İSAOĞLU
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ