SON DƏQİQƏ
» » Bərdə yenidən raket atəşinə tutuldu: 14 ölü, 40 yaralı

Bərdə yenidən raket atəşinə tutuldu: 14 ölü, 40 yaralı

Tarix:

28-10-2020, 14:42

/ 4 882 dəfə oxundu.
Bərdə yenidən raket atəşinə tutuldu: 14 ölü, 40 yaralı

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

скачать dle 12.1

Şərhlər