SON DƏQİQƏ
» » Azərbaycanda internetlə bağlı problem... - Prezident

Azərbaycanda internetlə bağlı problem... - Prezident

Tarix:

22-10-2020, 17:45

/ 3 313 dəfə oxundu.
Azərbaycanda internetlə bağlı problem... - Prezident

Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır.

Bu sözləri Prezident İlham Əliyev "Nikkei" qəzetinə müsahibəsi zamanı jurnalistin Azərbaycanda sosial şəbəkələrə girişdə yaranmış məhdudiyyətlərlə bağlı sualına cavabında deyib.

"Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır”, - Prezident vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ