SON DƏQİQƏ
» » Bu halda atəşkəs uzunmüddətli olacaq - İlham Əliyev

Bu halda atəşkəs uzunmüddətli olacaq - İlham Əliyev

Tarix:

22-10-2020, 15:22

/ 3 841 dəfə oxundu.
Bu halda atəşkəs uzunmüddətli olacaq - İlham Əliyev

Atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma "Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, bizim tərəfimizdən və Minsk qrupu tərəfindən rədd edilmişdir. 

Bu sözləri Prezident İlham Əliyev "Nikkei" qəzetinə müsahibəsi zamanı deyib.

"Buna görə, əlbəttə, əgər Ermənistan danışıqlara sadiq qalarsa və əraziləri boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürərsə, - hansını ki, onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəs uzunmüddətli olacaqdır. Çünki biz bu problemi sülh yolu ilə həll etmək istəyirik. Lakin, əgər onlar resurslarını səfərbər etmək, əlavə əcnəbi hərbi yardım almaq və bizə qarşı yeni hücuma keçmək üçün bu atəşkəsdən istifadə etməyə cəhd göstərəcəklərsə, əlbəttə, bu atəşkəs uzun müddət davam etməyəcəkdir. Bu, onlardan asılıdır", - İ.Əliyev bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ