SON DƏQİQƏ

Qarabağ torpaqlarına yenidən həyat qayıdır

Tarix:

22-10-2020, 10:04

/ 2 740 dəfə oxundu.
Qarabağ torpaqlarına yenidən həyat qayıdır


 

Bu gün gərək ,

Hər anımız Vətən! - desin.

Qılıncımız, qalxanımız

Vətən! - desin.

Ölənlərin əvəzinə,

Qalanımız Vətən! - desin.

M.Araz

 

Ölkəmiz 30 ilə yaxındır ki, müharibə şəraitində idi. Erməni qəsbkarlarının həyasızcasına zəbt etdiyi əbədi-əzəli Qarabağımıza -müqəddəs torpalarımızın qoynuna qayıdış bizim borcumuz, hər birimiz üçün şərəf işimizdir. Ali Baş Komandandan - sıravi əsgərə, mülki vətəndaşa qədər, hər birimiz bölünməyən Azərbaycanımızın bütövlüyü üçün buna səylə çalışırıq.

Zəbt olunmuş torpaqlarımızın tezliklə alınması üçün böyük ruh yüksəkliyi ilə vuruşan rəşadətli, şanlı ordumuzun gücü, qüvvəti sayəsində Qarabağ torpaqlarına yenidən həyat qayıdır. Artıq addım-addım qazanılan uğurlarımız, qələbə ətri gələn hər anımız yenidən tarix yazır. Bəli, dünyada yaxşıya da yamana da hökmü zaman verir. Artıq zaman bizlər üçün haqqa, ədalətə işləyir.

Dünyadakı bütün gözəlliklərin içərisində ən gözəl duyğu Vətənin müqəddəsliyini hiss etmək və onun azadlığı uğrunda hər an canından belə keçməyə hazır olmaqdır. Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini-obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın əsas obyekti vətən torpağı, doğma el-obasıdır.

Lakin azadlıq nə verilir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul-qızlarının canı bahasına əldə edir.

Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, igidlər məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Siyavuş Kərbəliyev kimi mərd, qorxmaz oğulları vardır. Bu igid cəngavərlər Vətənin azadlığı, zəhmətkeş xalqın rifahı naminə mübarizə aparmış, öz canlarını bu yolda qurban verməkdən çəkinməmişdilər.

Tarixdən silnməz böyük adın var,

Min bir gözəlliyin, xoş muradın var

Cəsur igidlərin, qol-qanadın var,

İgidlər yurdusan, can Azərbaycan

Qeyrət qalasısan, can sənə qurban.

Belə bir deyim var: Ordun varsa, yurdun var. "Dədə Qorqud” filmində gözəl bir epizod işlədilir. El ağsaqqalı Dədə Qorqud gənclərə belə bir nəsihət verir: "Torpağı həm əkib-becərmək, həm də onu qorumaq lazımdır. Əgər torpağı əkib becərməsən, onu qorumağa dəyməz, qorumasan, onda da, əkib-becərməyə dəyməz”.

Doğrudan da gözəl sözlərdir. Vətəni sevmək, onun hər bir qarışının qədrini bilmək, lazım gələrsə bu doğma yurd üçün candan keçməyi bacarmaq hər birimizin müqəddəs borcudur. Torpaq uğrunda ölən varsa - Vətəndir!

Əsrlər boyu igid oğullarımız bu Vətən uğrunda vuruşmuş, onun hər qarışını göz bəbəyi kimi qorumuşlar. Keçən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Azərbaycanda Ordu quruculuğuna başlanılmış və tezliklə Qafqazda ən güclü ordu yaradılmışdır. Bu ordunun köməyilə erməni daşnaklarına qarşı mübarizə başlanmışdır. Və elə o vaxt da, Nuru Paşanın başçılığı ilə Azərbaycana gələn türk ordusu azərbaycanlılarla çiyin-çiyinə döyüşərək erməni qoşunlarını Dağlıq Qarabağdan çıxartmağa müvəffəq olmuşlar. Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Ordumuz ləğv edildi. XX əsrin sonlarında Azərbaycanda müstəqil dövlət qurulduqdan sonra 26 iyunda müstəqil ordu yaradıldı və ulu öndər Heydər Əliyevin sərəncamı ilə həmin gün Silahlı Qüvvələr günü kimi qeyd edilmişdir.

Müstəqilliyimizin ilk günündən Ordumuz döyüşlərə atılmalı oldu. Təəssüf ki, ilk illər Ordumuz arxalı köpəklərin qarşısında duruş gətirə bilmədi. Məlum Xocalı faciəsindən aydın oldu ki, ermənilərə ruslar hərtərəfli yardım və kömək edir, Qarabağda qanlı cinayətlər törədirlər. Sonrakı illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr ordumuzun məğlubiyyətilə nəticələndi. Qarabağ işğal olundu. Çox-çox təəssüflər olsun ki, neçə-neçə şəhid versək də biz o torpaqları itirdik və uzun illər bu itkilərlə barışmalı olduq. Bir milyon qaçqın və məcburi köçkün doğma yurd-yuvasından didərgin düşdü. BMT-nin məlum 4 qətnaməsi, ATƏT-in səyləri də, bir nəticə vermədi. Neçə illərdir Ordumuz müdafiədə durmalı oldu. İllər boyu süfrəmizdə çörək yeyən nankor ermənilər rus hərb maşınına arxalanaraq qışqırdılmış itlər kimi Azərbaycanı sınağa çəkdi.

Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev uzun illər Qarabağın sülh yolu ilə azad edilməsi üçün səbrlə çalışdı. Amma başa düşdü ki, ermənilər Qarabağda vaxt qazanır, silahlanır, əhalini bu yerlərdə məskunlaşdırırlar. Ona görə də dünya birliyinə inanmayaraq Ordumuzun gücləndirlməsi üçün gecə-gündüz çalışmağa başladı. Ən əvvəl ölkənin iqtisadiyatını gücləndirdi. Hərbi Sənaye Kompleksləri yaratdı. Ən müasir silahlar, texnikalar aldı. Aprel döyüşləri Ordumuzun sınağı üçün bir meydan oldu. O döyüşlərdə igid hərbçilərimiz qısa bir müddətdə neçə-neçə erməni postlarını darmadağın etdi. Lələtəpə yüksəkliyini ələ keçirməyə nail oldu. Amma son anda xarici qüvvələrin təsiri altında dayanmalı oldu.

Bu il iyul döyüşlərində ermənilər Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində gedən qızğın döyüşlərdə ordumuzun bölgəsinə zərbələr endirməyə çalışdılar. Amma rəşadətli Ordumuz erməni köpəklərinə layiq olduğu cavabı verdi. Ordumuzun qəhrəman generalı Polad Həşimov həlak olsa da, düşmən geri otuzduruldu. Lakin sentyabrın 27-də düşmən Qarabağ ərazisindən bütün istiqamətdə hücuma keçdi. Ali Baş Komandan bütün cəbhə boyu hücuma keçməyə əmr verdi. Qısa bir müddətdə güclü, qüdrətli ordumuz düşməni geri oturtmağa nail oldu. İndi döyüşlər davam edir. Ermənilər mülki əhali yaşayan kənd və sərhədlərimizi ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tuturlar. Amma biz güclüyük və inanırıq ki, tezliklə Qarabağı azad edəcəyik. Artıq Cəbrayıl şəhəri, Füzuli şəhəri, Hadrud qəsəbəsi və bir çox yaşayış məntəqələri düşmən işğalından azad olunub. Biz Murovda, Tərtərdə strateji yüksəklikləri ələ keçirmişik. Düşmən rəşadətli Azərbaycan Ordusu qarşısında döyüşməkdə aciz qalıb.

Bu torpaq dara düşəndə həmişə özünün igidlərinə arxalanıb. İnanırıq ki, biz igid, qorxmaz oğullarımızın qəhrəmanlığı sayəsində tezliklə düşməndən şəhidlərimizin qisasını alacağıq. İşğal edilmiş bütün torpaqları azad edəcəyik. Torpağlarımızın bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə ölkəmizin demək olar ki, bütün bölgələrindən igid oğullarımız döyüşüb. Oğul itkisinə mətanətlə dözən hər bir şəhidin ata-anasının dilindən təkcə bu sözləri eşidirik: "Təki Vətən sağ olsun!”.

Torpaqlarımızın azadlığı uğrunda ölümün gözünə dik baxaraq canından, qanından keçən şəhidlərimiz, Vətən torpağında rahat yatmağa sizin mənəvi haqqınız var. Hər zaman xatirənizi əziz tutaraq nigaran ruhunuz qarşısında baş əyib and içirik. And içirik ki, torpaq, azadlıq uğrunda tökülən qanınız heç vaxt yerdə qalmayacaq. Sizin silahdaşlarınız - rəşadətli Azərbaycan Ordusu xain erməni dığalarının nəfəsini kəsərək, murdar izlərini Qarabağ torpağından birdəfəlik siləcək. İnanırıq ki, Azərbaycanın güclü, qüdrətli, şanlı Ordusu bizə tezliklə Qələbə sevincini bəxş edəcək. Bütün dünya duyub və görəcək ki, Azərbaycanın güclü ordusu yenidən tarix yazdı. Yaşasın qəhrəman, şanlı Ordumuz! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Rəsmiyyə HEYBƏTAĞAQIZI


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ