SON DƏQİQƏ

11 yaşlı idmançımız erməniyə qalib gəldi

Tarix:

3-10-2019, 08:00

/ 1 478 dəfə oxundu.
11 yaşlı idmançımız erməniyə qalib gəldi

 

Bu gün gərək

Hər anımız Vətən! – desin!

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız

Vətən! – desin

Məmməd Araz

 

Bu gün günü-gündən inkişaf edib, çiçəklənən Azərbaycanımızın səsi çox-çox uzaqlardan gəlir. Hər zaman musiqi mədəniyyəti ilə, muğamlarımızla, milli sərvətimiz olan, min bir naxışlı Qarabağ xalçaları, sarı və qızılı rəngli Qarabağ atları - bir sözlə bütün gözəllikləri ilə dünyanı heyran qoyub. Azərbaycan adlı məmləkətimizin növbəti uğrunun sədası nə az, nə çox doğma diyarımızdan 1500 km aralıda yerləşən Anama şəhərindən gəldi.

Rusiyanın Anapa şəhərində 25-29.09.2019-cu il tarixində keçirilən kikboksinq üzrə dünya Brliyant Kuboku Çempionatında 11 yaşlı “Avtomat” ləqəbli Kənan Cəfərli 37 kq çəki dərəcəsində birinci döyüşdə erməni rəqibi Artur Hövhannısyana qalib gələrək, (ümumilikdə 5 - döyüş keçirib) 3:0 udaraq, birinci yeri tutub və çempion olub. Əslən Xızı rayonun Şurabad kəndindən olan Kənan Cəfərli 2008-ci il iyun ayının 10-da Bakının Yasamal rayonunda doğulub. Həmin rayonda yerləşən 21 saylı tam orta məktəbin şagirdidir. Kənan Cəfərli məktəbdə öz bacarığı, savadı ilə müəllim və şagird kollektivinin hörmətini qazanmışdır. Bakıda göz açsa da Kənan məktəblilərin yay tətilində tez-tez Xızıya gedər, oranın əzəmətli dağlarının havasını alar və suyunu içərək o torpaqla bəhrələnib. Valideynləri hələ 5 yaşı olarkən hiss etmişdir balaca Kənanın idmana olan marağını. Atasının səyi nəticəsində bu maraq Kənanı “Ağ Canavar” idman klubuna gətirib çıxartdı. İdman ustası Seyran Qurbanovun əməyinin nəticəsində dəfələrlə Respublika turnirlərində iştirak edərək qalib olub.

2018-ci ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə 1-ci yeri tutaraq, kubokun sahibi olub. Dəfələrlə Kənan Cəfərli Aprel döyüşlərində şəhid olmuş “Füzuli şəhidləri”nin xatirəsinə, eləcə də həmin döyüşdə şəhid olmuş, kikboks idman növü üzrə idmançımız Elçin Qurbanovun, polis mayoru şəhid Vüqar Nəsibovun və 20 yanvar şəhidlərinin xatirəsinə, “Xocalıya ədalət” “Xocalı kuboku -1” Açıq turnirində və digər qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş turnirlərdə iştirak edərək qalib olub.

Respublika daxilində qazanılan uğurları Kənanı Anapanın Vityazeva şəhərinə qədər aparıb çıxarıb. 1500 km yolu avtobusla qət edən həmyerlimizin yarışa 1 gün qalmasına rəğmən səhhətində bir balaca problem yaranır. Məşqçi Seyran Qurbanovun ağıllı səyi nəticəsində Kənanın səhhətinin yaxşılaşmasına bir az da demək olar ki, məşqçinin Bakıdan özü ilə götürdüyü Azərbaycanımızın “taclı meyvə”si olan Göyçay narının qüdrəti olur. Seyran müəllim qeyd etdi ki, heç bir həkim müdaxiləsi olmadan bütün gecəni Kənana min-bir dərdin dərmanı olan narımızın şirəsini içirdib. Hər şeyin yaxşılığa doğru getdiyini görən məşqçi inanırdı ki, yaşının az olmasına baxmayaraq dağ əzəmətli

idmançımız rəqibi olan erməniyə mütləq qalib gələcək. O, inanırdı ki, Kənan onun ümidlərini boşa çıxartmayacaq. Bəli, hər şey gözləndiyi kimi də oldu. Müəlliminin ona təsəlli və arxayınçılığı Kənanı döyüşdə qələbə qazanma ümidini daha da artırırdı.

Anapanın Viyazeva şəhərinə dünyanın dörd bir tərəfindən – Hindistan, Finlandiya, İraq, Qazaxıstan, Özbəkistan, Litviya, Latviya, Estoniya və s. ölkələrdən güclü idmançılar və tamaşaçılar gəlmişdi. Maraqlı məqam orası olub ki, Kənan Cəfərli ilə rəqibi erməni idmançısı Artur Hövhannasiyanın oyunu hamı tərəfindən diqqətlə izlənilirdi. Bəli, həmin an Azərbaycan dünyanın gözü ilə görünürdü. Kənan da hiss edirdi ona zillənən baxışları. İdmançımız Azərbaycanın qüdrətli bir dövlət olduğunu qalibiyyəti ilə bir daha sübut etdi.

 Ona uzaq-uzaq ellərdə də güc və qüvvət verən, Vətən, Torpaq, Yurd sevgisi idi. Fərqi yoxdur harda oluruqsa olaq, hər an, hər dəqiqə hər birimizin vətəndaşlıq borcudur bu sevgini qəlbimizdə yaşadıb, daşımaq - zaman, məkan məsafə bilmədən!

 Rusiyanın Anapa şəhərindən doğma Azərbaycanımıza qalibiyyətlə qayıdan idmançılarımızı biz də öz növbəmizdə təbrik edir və alqışlayırıq. Həmçinin 11 yaşlı cəngavər ürəkli çempionumuz Kənan balamızın keçdiyi bu gözəl və şərəfli həyat yolunda bol-bol uğurlar, hər dəfə də qələbə arzulayırıq.

 

Rəsmiyyə Heybətağaqızı

GunAz.az

11 yaşlı idmançımız erməniyə qalib gəldi

 

11 yaşlı idmançımız erməniyə qalib gəldi

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ