SON DƏQİQƏ

Azərbaycan xalqının iradəsi sarsılmazdır

Tarix:

19-10-2020, 10:09

/ 5 695 dəfə oxundu.
Azərbaycan xalqının iradəsi sarsılmazdır

Şanlı Ordumuzun sentyabrın 27-dən etibarən düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı bu gün də uğurla davam etdirilir. Gedən döyüşlərdə düşmənə ağır zərbələr endirilmiş, çox sayda zenit-raket kompleksləri, artilleriya qurğuları və canlı qüvvəsi ordumuz tərəfindən məhv edilmişdir. Təxminən 2 milyard dollar dəyərində düşmənə ziyan dəyib və bu hələ də davam edir. Təbii ki, müharibə şəraitində dəqiq hesablamalar aparmaq mümükün deyil, lakin bu, düşmənin itkilərinin sadəcə bir hissəsidir.

Azərbaycan tərəfi hər zaman münaqişənin masa arxasında, diplomatik yolla həllinə üstünlük vermişdir. Ağır itkilər verən Ermənistan tərəfi sülhə məcbur edilmişdir. Oktyabrın 9-da Rusiya Xarici İşlər Nazirinin iştirakı ilə tərəflər arasında 11 saata qədər uzun bir müddətdə müzakirələr aparılmışdır. Bu müzakirələrin nəticəsində Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs elan olunmuşdur. Mahiyyət etibarilə, hər bir müharibədə humanitar atəşkəs elan oluna bilər və bu, yaralıların və ölənlərin daşınması üçün olan müvəqqəti atəşkəsdir. Lakin hər zaman olduğu kimi, düşmən bu atəşkəsi də pozaraq kəndlərimizi atəşə məruz qoymuşdur. Atəşkəsin elan olunmasından 1 gün keçməmiş düşmən heç bir hərbi obyektin və ya hərbi qüvvənin olmadığı Gəncə şəhərinə gecə saatlarında raket atmış və nəticədə onlarla insan yaralanmış, həlak olmuşdur. Bu növbəti hərbi cinayətdir. Ermənistan tərəfi bununla Cenevrə konvensiyasını kobudcasına pozaraq, xalqımıza qarşı terror aktı törətmişdir.

Şanlı ordumuz mənfur düşmənin xalqımıza qarşı törətdiyi bu təxribatın cavabını döyüş meydanında verir və verəcəkdir. Lakin düşmən bilməlidir ki, bu hallar Azərbaycan xalqının iradəsini, əzmini hec bir zaman qıra bilməz.

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Bizi yenilməz edən "Öncə Vətəndir!" deyən oğullarımızdır. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir! Silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir. Bugün düşmənlə təmas xəttində yerləşən hərbi hissələrimizin vətənpərvər əsgərlərinin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissini yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Körpədən tutmuş ahıl yaşına çatmış hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi möhtəşəm Ordumuzu qələbəyə ruhlandırır. Və hər kəs inanır ki, tez bir zamanda cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz yağıları doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq.

Prezident İlham Əliyevin də bildirdiyi kimi Azərbaycan xalqının iradəsi sarsılmazdır, heç bir təxribat xalqımızın qətiyyətini və iradəsini qıra bilməz. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan xalqı tarixi torpaqlarına geri dönəcəkdir. Qarabağ Azərbaycandır!

 

Vəfa Əliyeva,

22 saylı Uşaq Poliklinikasının baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ