SON DƏQİQƏ
» » Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi

Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi

Tarix:

19-10-2020, 09:16

/ 4 370 dəfə oxundu.
Ermənistan Azərbaycanın təbii sərvətlərini talan edirdi


Artıq 30 ilə yaxındırki, ermənilər işğal etdikləri torpaqlarımızda ətraf mühitə, fauna və floraya çox ciddi yaralar vururdular.Qarabağ müharibəsinin ilk dövrlərindən başlayaraq bu günə kimi işğal olunmuş ərazilərdə Azərbaycanın təbiətinə, fauna və florasına vurulan zərər olduqca böyük rəqəmlərlə ifadə olunur.Məsələnin tək ekoloji-maddi tərəfi deyil, həm də böyük ekoloji-mənəvi zərəri də var ki, bunu hesablamaq qeyri-mümkündür.

Meşələrimiz kütləvi şəkildə qırılırdı.Çoxillik yaşı olan nadir ağac növləri qazanc götürmək məqsədilə məhv edilirdi.Bir fakta diqqət yetirmək lazımdır ki, son illər ərzində Ermənistan Qərb ölkələrinin şirkətlərinin köməyi ilə meşəçilik sahəsində öz istehsalını 10 dəfə artırıb.Aydındır ki, onlar buna Azərbaycan meşələrinin qırılması hesabına nail olurdular. Ermənilərin təbiətimizə vurduğu ciddi zərərlərdən biri də 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin ərazilərə yaxın olan torpaqlarımızda yanğınların törədilməsidir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəsmi məlumata görə, həmin ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i endemik növ olub dünyanın heç bir yerində təbii halda bitmir. Yanğınlar nəticəsində işğal olunmuş ərazilərimizdə 247 min 352 hektar meşə sahəsi, o cümlədən 13197,5 hektar qiymətli meşə sahələri, 152 ədəd təbiət abidəsi və 5 ədəd geoloji obyekt orada məskunlaşmış ermənilər tərəfindən məhv edilmişdir.

Bundan başqa Ermənistan öz büdcə kəsirlərini doldurmaq üçün Qarabağın qızıl yataqlarını da talayırdı. 2010-cu və 2011-ci illərdə erməni şirkəti tərəfindən Söyüdlü qızıl yatağından ildə təxminən 700 kq qızıl hasil edilib. Bu fakt Azərbaycanın Kəlbəcər və Zəngilan rayonları ərazisində olan zəngin qızıl yataqlarının ermənilər tərəfindən istismar edildiyinin sadəcə bir nümunəsidir.

İşğal nəticəsində ölkəmizə dəyən ən böyük zərərlərdən biri də çaylarımızın çirkləndirilməsi olmuşdur.Ağstafaçayda və Oxçuçayda vəziyyət daha kritik həddə çatmışdı.Mis-molibden zavodlarının tullantıları kütləvi şəkildə Oxçuçaya, Oxçuçay vasitəsilə isə Araza axıdılırdı.Çaylardan götürülən su nümunələrinin analizləri həmin çaylarda zərərli maddələrin-fenolların, ağır metalların miqdarının normadan dəfələrlə çox olduğunu göstərir. Tərtər su anbarının taleyi də təhlükə altında idi.Su anbarının iş rejimini dəyişdirən ermənilər yay aylarında suyun verilməsini demək olar ki, dayandırırdılar, qış aylarında isə əksinə, buraxırdılar.Nəticədə yeddi rayonun təsərrüfatına ciddi ziyan dəyirdi. Tərtərçay çayının üzərində yerləşən Sərsəng su anbarının tutumu 565 milyon kubmetr olmaqla bölgədəki iri su anbarlarından sayılır. Şanlı ordumuzun son apardığı uğurlu döyüşlər nəticəsində işğal altında olan Suqovuşan kəndinin düşməndən azad edilməsindən sonra Tərtər çayının suya olan 30 illik həsrəti bitib. Artıq Suqovuşan su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi bərpa olunub.Suqovuşanın azad edilməsi ilə ərazidə ekoloji tarazlığın bərpa edilməsilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu torpaqlara suyun verilməsi burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb.

Artıq sentyabrın 27-dən etibarən başlanmış müharibənin nəticəsinin Qarabağımızın tamamilə geri qaytarılması və 27 ildir ki, erməni tapdağında qalan torpaqlarımızın azad edilməsi olacağından heç kim şübhə etmir. Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir.Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Ermənistanın itkiləri hər günikiqat artır. Qələbə yetişdiyi an Ermənistan dövlətinin təkcə Azərbaycan xalqına deyil, onun təbiətinin bioloji müxtəlifliyinə qarşı da genosid siyasətini həyata keçirməsinə son qoyulacaqdır.

 

Esmira Muradova,

311 saylı tam orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ