SON DƏQİQƏ
» » Ankara və Bakı buna qarşı birgə mübarizə aparacaq

Ankara və Bakı buna qarşı birgə mübarizə aparacaq

Tarix:

10-01-2020, 21:39

/ 982 dəfə oxundu.
Ankara və Bakı buna qarşı birgə mübarizə aparacaq

Ankara və Bakı Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərə və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə aparacaq.

Bunu Trend-ə Türkiyə diplomatik mənbələrindən bildiriblər.

Mənbə bildirib ki, mütəmadi olaraq Türkiyə mediasında bu barədə xəbərdarlıq xarakterli məlumatlar da yayımlanacaq:

“Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər və həmin ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı birgə mübarizə çərçivəsində, Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müntəzəm qarşılıqlı məlumat mübadiləsi həyata keçiriləcək”.

Mənbənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni şəkildə istehsal olunan məhsullar Türkiyə ərazisinə buraxılmayacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ