SON DƏQİQƏ
» » SON DƏQİQƏ: 2 şəhər və 5 kəndə giriş-çıxış DAYANDIRILDI

SON DƏQİQƏ: 2 şəhər və 5 kəndə giriş-çıxış DAYANDIRILDI

Tarix:

13-10-2020, 19:55

/ 4 850 dəfə oxundu.
SON DƏQİQƏ: 2 şəhər və 5 kəndə giriş-çıxış DAYANDIRILDI

Baş Nazir Əli Əsədov "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən, xüsusi karantin rejimi dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Qərar 2020-ci il 14 oktyabr saat 00:00-dan qüvvəyə minir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ