SON DƏQİQƏ

Düşmənin atdığı mərmi yanğına səbəb oldu

Tarix:

12-10-2020, 19:36

/ 4 605 dəfə oxundu.
Düşmənin atdığı mərmi yanğına səbəb oldu

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Ermənistan ordusunun atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin "112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ