SON DƏQİQƏ

Aqil Abbas: "Sadəcə ikiüzlüdürlər"

Tarix:

6-10-2020, 09:42

/ 3 128 dəfə oxundu.
Aqil Abbas: "Sadəcə ikiüzlüdürlər"

Ermənilər tək bu gün yox, əvvəldən də dinc əhalini hədəf alıb”.

Bunu açıqlamasında deputat Aqil Abbas bildirib.

O, qeyd edib ki, 30 ildir ermənilər dinc əhaliyə qarşı təxribatlar törədir:

"Atəşkəs pozulan zaman da yalnız mülki əhalinin yaşadığı yaşayış məntəqələri hədəf alınırdı. Bunun da cavabını biz veririk. Ermənilərin son çırpınışıdır. Artıq əsgərləri texnikalarını və silahlarını qoyub qaçırlar. Gəncə, Mingəçevir və digər rayonları hədəfə almaqla bizi təxribata çəkməyə çalışırlar. İstəyirlər ki, Ermənistanı bombalayaq. Bunun da məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini münaqişəyə cəlb etməkdir. Biz öz torpaqlarımız uğrunda vuruşuruq. Ermənilərin cavabını Dağlıq Qarabağda veririk”.

Deputat vurğulayıb ki, ermənilərə qarşı heç vaxt sanksiya tətbiq edilməyəcək, çünki beynəlxalq təşkilatlar ikiüzlüdür:

"BMT-nin 4 qətnaməsini bu günə kimi icra etməyəndə və atəşkəsi pozanda onlara bir söz deyən olmadı. Uğurlu əks-hücum əməliyyatı ilə sanksiyanı ermənilərə biz tətbiq edirik. Başqaları bizə maraqlı deyil”.konkret.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ